AZ

Klub tarixinin rekordu

İngiltərənin "Brayton" klubu tarixinin ən bahalı transferini gerçəkləşdirib.

 

Sportnet.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

"Lids"in hücumçusu Jorjinyo Ryutter transfer olunub. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

 

Bu keçid üçün "Brayton" qarşı tərəfə 46,7 milyon avro ödəyib.

 

Qeyd edək ki, J.Ryutter ötən mövsüm 51 oyunda 8 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.


Seçilən
4
9
sportnet.az

10Mənbələr