AZ

TAP-ın imkanlarının genişləndirilməsi çərçivəsində infrastruktur işləri aparılacaq

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru olan TAP AG boru kəməri şirkəti kəmərin tutumunun genişləndirilməsi çərçivəsində sentyabrda infrastruktur işlərinə başlayacaq.

İşlərin aparılması TAP-ın Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoidə planlaşdırılır.

“Boru kəmərinin tutumunu (ildə 1,2 milyard kubmetr) artırmaq üçün 2021-ci ildə məcburi bazar sınaqlarının birinci mərhələsi uğurla başa çatdıqdan sonra TAP-ın genişləndirilməsi layihəsi çərçivəsində sentyabrın 19-dan 30-dək Kipoi birləşmə nöqtəsində infrastruktur işləri planlaşdırılıb”, - şirkətdən qeyd edilib.

Bildirilib ki, bu müddət ərzində TAP AG birləşmə nöqtələrində mövcud imkanlardan maksimum istifadə etməyi, eyni zamanda ağıllı və ehtiyatlı operator kimi çıxış etməyi planlaşdırır.

Xatırladaq ki, 2021-ci ildə bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək onun gücünü ildə 10 milyard kubmetrdən əlavə olaraq illik 1,2 milyard kubmetrə artırmaq barədə öhdəlik götürüb.

Daha əvvəl TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib ki, bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur. Bu mərhələ çərçivəsində Kipoidakı mövcud kompressor stansiyasına daha bir kompressor qurğusu əlavə edəcək və avadanlıq yenilənəcək.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.

“Report”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
vergiler.az

10Mənbələr