AZ

Sudanda vəba epidemiyasından ölənlərin sayı 71-ə yüksəlib

Sudanda vəba epidemiyasından ölənlərin sayı 71-ə yüksəlib

Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasından ölənlərin sayının 71-ə yüksəldiyini açıqlayıb.Qurumun məlumatında bildirilir ki, yoluxma sayı 1696-ya yüksəlib. "Lazımi tədbirlər görülüb" - deyə Səhiyyə Nazirliyindən qeyd edilib.Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını çətinləşdirir. Bir tərəfdən isə ölkədə güclü yağışlar səbəbindən baş verən daşqınlar can almağa davam edir. Bu günə olan məlumata görə, ölkədə 173 nəfər təbii fəlakətin qurbanı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
afn.az

10Mənbələr