AZ

Sudanda vəba virusu nəticəsində ölənlərin sayı 156-ya yüksəldi

Sudanda davam edən vəba epidemiyasında ölənlərin sayı 156-ya yüksələrkən, yoluxma sayı 4 min 419-a çatıb. Səlahiyyətlilər daha çox epidemiya ilə mübarizə mərkəzlərinə ehtiyac duyduqlarını açıqladı.

7NEWS.az xəbər verir ki, Sudanda vəba epidemiyası davam edir. İyun ayından bu yana ölkəyə təsir edən yağışlar və daşqınlar vəba epidemiyasının yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəba epidemiyasında həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib. Ölkədə ümumi yoluxma sayı 4 min 419-a çatsa da, səlahiyyətlilər epidemiya ilə mübarizə üçün təcili olaraq daha çox mərkəzə ehtiyac olduğunu bildirdi.

7NEWS.az
Seçilən
140
1
7news.az

10Mənbələr