AZ

Müharibə nəticəsində Sudanda ölənlərin sayı 20 mini keçib

Sudanda təxminən 17 aydır davam edən müharibə nəticəsində ölənlərin sayının 20 mini keçib.

“İki sahil” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib

Sudana səfər edən Qebreyesus Port Sudanda mətbuat konfransı keçirib.

Ölkə daxilində köçkünlərin sayının 10 milyondan çox olduğunu bildirən Qebreyesus, 2 milyon insanın qonşu ölkələrə köçdüyünü söyləyib: "Bu gün sudanlılar ardıcıl böhranlardan əziyyət çəkirlər. Bu, dünyada ən böyük köçkün dalğasıdır. Aclıq təhlükəsi Sudan əhalisinin yarısı olan 25 milyondan çox insanı təhdid edir. Bununla belə, 14 milyon insanın təcili dəstəyə ehtiyacı var".

Müharibənin, təbii fəlakətlərin və epidemik xəstəliklərin yayılmasının səhiyyə infrastrukturunun çökməsinə səbəb ola biləcəyinə diqqət çəkən Qebreyesus, səhiyyə xidmətlərinin 70 faizinin yararsız olduğunu və bu xidmətlərə çatmaqda çətinliklərin olduğunu bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
107
35
ikisahil.az

10Mənbələr