OPEC+ ölkələri əvvəlcədən elan edilmiş planlara uyğun olaraq oktyabrda neft hasilatını artırmağa meyllənirlər.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg müzakirələrdə iştirak edən nümayəndələrə istinadən məlumat yayıb.
Xatırladaq ki, OPEC+ ölkələri oktyabrda hasilatı gündəlik 180 min barel artırmağı planlaşdırırdı. Eyni zamanda qrup bazar vəziyyətini nəzərə alaraq belə bir addımdan imtina edə biləcəyini dəfələrlə vurğulayıb və bir çox analitiklər və bazar iştirakçıları bunun baş verəcəyini proqnozlaşdırırlar.
Anonimlik şərti ilə agentliyə danışan bir neçə yüksək vəzifəli məmur bildirib ki, hazırda planlaşdırılan istehsal artımının təxirə salınacağına dair heç bir əlamət yoxdur.
Neft qiymətləri son iki ayda kəskin ucuzlaşıb, Brent nefti gün 80 dollardan aşağı düşüb. Bloomberg qeyd edir ki, bu arada Liviyadakı siyasi böhran və buna görə ölkədə hasilatın yarıya qədər azalması OPEC+-a manevr imkanı verə bilər.
Musavat.com