AZ

Hindistandan OPEK+-a çağırış: Hasilatı artırın

Hindistan OPEC+ alyansını neft qiymətlərini nəzarətdə saxlamaq üçün hasilatı artırmağa çağırır.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bunu Hindistan Neft və Qaz Nazirliyinin katibi Pankaj Cayn açıqlayıb.

O qeyd edib ki, Hindistanın dövlət neft emalı zavodları neft qiymətlərinin daha uzun müddət aşağı qalacağı təqdirdə benzin və dizelin qiymətlərini endirə biləcəklər.

Agentlik qeyd edib ki, Indian Oil, Bharat Petroleum və Hindustan Petroleum martın ortalarından bəri yanacaq qiymətlərinə yenidən baxmayıb.
Cayn əlavə edib ki, Neft və Qaz Nazirliyi neftə görə gözlənilməz vergi məsələsi ilə bağlı Maliyyə Nazirliyi ilə danışıqlar aparır. Eyni zamanda, neft emalı marjası hələ də yetərli olmadığından neft məhsullarının ixracı üzrə gözlənilməz gəlir vergisi sıfır olaraq qalacaq.

Xəbər verdiyimiz kimi, OPEC+ alyansına daxil olan 8 ölkə sentyabrın əvvəlində neftin qiymətinin düşməsi fonunda oktyabr ayından neft hasilatının planlaşdırılan gündə 180 min barel artırılmasını iki ay təxirə salmaq qərarına gəlib. Brent neftinin qiyməti sentyabrın əvvəlində 78 dollardan 73 dollara, sentyabrın 11-də isə 70 dollardan aşağı düşüb.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
musavat.com

4Mənbələr