AZ

OPEK+ oktyabrda hasilatı artırmaq planından geri çəkilir – "Reuters"

 

Neft qiymətlərinin doqquz ayın ən aşağı səviyyəsinə enməsi fonunda OPEK+ ölkələri oktyabr ayından neft hasilatının planlaşdırılan artımının təxirə salınmasını müzakirə edir.

Musavat.com xəbər verir ki, bu məlumatı “Reuters” alyansdakı üç mənbəyə istinadən yayıb.

Agentlik yazır ki, ötən həftə Alyans oktyabr ayından neft hasilatını gündə 180 min barel artırmaq planını həyata keçirməyə davam etmək qərarına gəlib, lakin Liviyada istehsalın məhdudlaşması və zəif neft tələbi perspektivi ilə əlaqədar bazarın qeyri-sabitliyi Alyans daxilində narahatlıqları artırıb.

Digər agentlik mənbələri qeyd edir ki, “artımın təxirə salınması təklifi var” və həmçinin bu mərhələdə təxirə salınma “çox real” görünür.

 

Musavat.com

Seçilən
124
3
musavat.com

4Mənbələr