AZ

“Arsenal”ın hücumçusu “Kristal Pelas”da – Rəsmi

“Arsenal”ın hücumçusu Eddi Nketia karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirəcək.Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Kristal Pelas”ın sıralarına qoşulub. İngiltərəli forvard “qartallar”la 5 il müddətinə nəzərdə tutulmuş müqavilə imzalayıb. Bu keçidin dəyəri 25 milyon avro qiymətləndirilir.Nketia İngiltərə çempionatının ötən mövsümündə 27 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.“Kristal Pelas” Premyer Liqanın 2 turundan sonra turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Seçilən
142
47
komanda.az

10Mənbələr