AZ

A Seriyası: “Milan” yenə xal itirdi, “Napoli” əzmkar qələbə qazandı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Latsio” – “Milan” matçında qalib müəyyənləşməyib. “Bolonya” – “Empoli” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Leççe” “Kalyari”ni tək qolla məğlub edib.

Üç qolun qeydə alındığı “Napoli” – “Parma” matçında da meydan sahibləri əzmkar qələbəyə seviniblər. Son dəqiqələrə kimi məğlub durumda olan neapolluları məğlubiyyətdən yeni transfer Romelu Lukaku xilas edib. O, debüt matçında bərabərlik qolunu vurub. Bundan ruhlanan “Napoli” son anda qələbə qoluna da imza atıb.

3-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
3-cü tur
30 avqust

Venesiya – Torino 0:1
Qol: Koko, 86.

İnter – Atalanta 4:0
Qollar: Djimsiti, 3-öz qapısına. Barella, 10. Türam, 47; 56.

31 avqust

Bolonya – Empoli 1:1
Qollar: Fabbian, 2 – Qyasi, 3.

Leççe – Kalyari 1:0
Qol: Krstoviç, 26.

Latsio – Milan 2:2
Qollar: Kastelyanos, 62. B.Dia, 66 – Pavloviç, 8. Leao, 72.

Napoli – Parma 2:1
Qollar: Lukaku, 90+2. Anqissa, 90+6 – Bonni, 19-pen.

1 sentyabr

20:30. Fiorentina – Montsa
20:30. Cenoa – Verona
22:45. Yuventus – Roma
22:45. Udineze – Komo

Seçilən
107
47
arena.az

10Mənbələr