AZ

"Benfika" "Spartak"ın istədiyi Aktürkoğlunu transfer etdi

"Qalatasaray"ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlu karyerasını "Benfika"da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

“Lissabon qartalları” 25 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Türkiyəli futbolçunun keçidi Lissabon klubuna 12 milyon avroya başa gəlib.

Xatırladaq ki, Kerem Aktürkoğlu bu mövsüm "Qalatasaray"ın heyətində Türkiyə çempionatında 3 oyun keçirib və 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
107
47
90deqiqe.az

10Mənbələr