Avropa Liqasında Liqa mərhələsinin təqvimi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək "Qarabağ"ın oyunlarının vaxtı da bəlli olub.
Qurban Qurbanovun komandası mərhələyə “Tottenhem”lə Londondakı oyunla start verəcək. Mərhələnin son görüşü Pireydə “Olimpiakos”a qarşı keçiriləcək.
26 sentyabr 2024-cü il
00:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ”
3 oktyabr 2024-cü il
20:45. “Qarabağ” – “Malmö” (İsveç)
24 oktyabr 2024-cü il
20:45. “Qarabağ” – “Ayaks” (Niderland)
7 noyabr 2024-cü il
21:45. “Bodo Qlimt” (Norveç) – “Qarabağ”
28 noyabr 2024-cü il
21:45. “Qarabağ” - “Lion” (Fransa)
12 dekabr 2024-cü il
00:00. “Elfsborq” (İsveç) – “Qarabağ”
23 yanvar 2025-ci il
21:45. “Qarabağ” – FCSB (Rumıniya)
30 yanvar 2025-ci il
00:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ”
Bu mərhələdə ilk 8 yeri tutanlar 1/8 finala adlayacaq, 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər.
25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.