UEFA Gənclər Liqasının püşkatması keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək "Sabah"ın da rəqibi bəlli olub.
Mübarizəyə 2-ci mərhələdən başlayacaq “Sabah”ın U-19 komandası İsveçrə “Bazel”i ilə qarşılaşacaq. İlk oyun oktyabrın 23-də səfərdə, cavab oyunu isə noyabrın 6-da Bakıda keçiriləcək.
Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.