AZ

Peşə məktəbləri: “Sertifikasiya təhsil keyfiyyətini artıracaq”

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, yaxın gələcəkdə peşə təhsili müəssisələrində fəaliyyət göstərən müəllimlərin də sertifikasiya prosesinə cəlb olunacağı qeyd edilir.

 

Bəs, həmin müəllimlərin sertifikasiyadan keçməsi peşə təhsilinə nə qazandıracaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a təlimçi, təhsil eksperti Elnur Hacıyev açıqlama verib.

 

Ekspert qeyd edib ki, sertifikasiya imtahanları peşə təhsilinə müsbət təsirini göstərəcək:

 

“Sertifikasiya prosesinin peşə məktəblərində fəaliyyət göstərən müəllimlərə şamil olunması həmin  müəllimlərin peşəkarlığının artırılmasına, öz üzərində daha ciddi işləmələrinə, əmək haqlarının diferensiallaşmasına gətirib çıxaracaq.

 

Sertifikasiya imtahanları ilk zamanlarda peşə məktəblərində işləyən müəllimlərdə narahatlıq yarada bilər. Bu narahatlığı minimuma endirmək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi sertifikasiya imtahanları üçün müəllim hazırlığını, sınaq imtahanlarının təşkilni təmin edə bilsə, müəllimlər imtahan zamanı psixoloji baxımdan hazır olar. Nəticədə bildiklərini imtahan zamanı uğurla tətbiq edib, sualları uğurla cavablandıra bilərlər”.

 

Ekspert qeyd edib ki, peşə məktəblərində fəaliyyət göstərən müəllimlərlə ümumtəhsil müəssisələrinin müəllimlərinin sertifikatlaşdırılması prosesi arasında fərqlər olacaq:

 

“Məktəb müəllimləri üçün təşkil olunan sertifikasiya imtahanında təqdim olunan suallardan fərqli olaraq peşə məktəblərinin müəllimləri üçün təşkil olunacaq sertifikasiya imtahanında sualların hazırlanması o qədər də asan olmayacaq. Çünki peşə məktəblərində tələbələrə daha çox praktiki biliklər öyrədilir. Suallar elə hazırlanmalıdır ki, müəllimlər onları cavablandırmaqda çətinlik çəkməsin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
azedu.az

3Mənbələr