AZ

Səfir: Ermənistandakı Aİ missiyası kəşfiyyatla məşğuldur

Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən Aİ missiyası monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatları toplayır.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bildirib.

O, "Soyuzniki. ODKB" nəşrinə müsahibəsində deyib: “2022-ci ilin sentyabrında İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılıq versəydi, Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxu azalda bilərdi. Söhbət ciddi təşəbbüslərdən, o cümlədən hərbi-texniki yardımdan, monitorinq missiyasının göndərilməsindən, sərhəd qoşunlarının hazırlanmasında köməklikdən gedirdi. vakansiyalar

Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlətin sərhədlərini heç də qorumayan, lakin “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayan Aİ missiyasını dəvət etməyi üstün tutdu”.

Diplomatın sözlərinə görə, Cənubi Qafqazın taleyini müstəsna olaraq region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidir:

“Kənardan heç kim ümumi evimizə sülh və firavanlıq gətirməyəcək. Əgər uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışırıqsa, o zaman kollektiv Qərbin regionun hərbiləşdirilməsi, Aİ və NATO-nun orada hərbi-siyasi təsirini genişləndirmək planları tamamilə ziddiyyət təşkil edir".


Telegram kanalımız
Seçilən
139
50
yenisabah.az

10Mənbələr