Amerika hakimiyyəti altı rusiyalını Ukrayna və NATO ölkələrinə qarşı kiberhücumlarda ittiham edir. AFN.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi bəyanatda bildirilir.Departamentin məlumatına görə, ruslar Ukrayna hökuməti ilə əlaqəli kompüterlərdən məlumat əldə etmək və məlumat sızdırmaq üçün "sui-qəsd"də iştirak ediblər. Həmçinin Ukraynanın kompüter sistemlərinə ziyan vurublar. Bunun Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə bağlı olduğu iddia edilir. Sözügedən şəxslərin Ukraynaya dəstək verən ölkələrə, o cümlədən ABŞ və digər 25 NATO ölkəsinə qarşı kiberhücumlar həyata keçirdikləri də bildirilir.Yuri Denisov, Vladislav Borovkov, Denis Denisenko, Dmitri Qoloşubov, Nikolay Korçagin və Amin Stiqala qarşı artıq ittiham irəli sürülüb. ABŞ Ədliyyə Nazirliyi bildirir ki, altı rusiyalıdan ilk beşi QRU-nun əməkdaşlarıdır. Amerika hakimiyyəti altı şübhəlinin hər birinin yeri barədə məlumat üçün 10 milyon dollar ödəməyi təklif edir.Sənəddə bildirilir ki, ruslar “WhisperGate” proqram təminatından Ukraynanın bir sıra departamentlərinin, o cümlədən maliyyə, xarici siyasət və energetika bölmələrinin kompüter şəbəkələrinə kiberhücum həyata keçirmək üçün istifadə ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta