Alman kəşfiyyatı NATO və Aİ-yə kiberhücumların arxasında Rusiya Baş Kəşfiyyat İdarəsinin dayandığını müəyyənləşdirib.
APA xəbər verir ki, bu barədə Bundesamt für Verfassungsschutz “X” platformasında bildirib.
Almaniyanın daxili kəşfiyyat idarəsi Rusiya hərbi kəşfiyyatının 29155-ci bölməsinə aid kiberqruplaşmaya qarşı xəbərdarlıq edərək, onun NATO və Aİ ölkələrinə qarşı kiberhücumlar həyata keçirdiyini vurğulayıb.