AZ

ABŞ altı rusiyalını Ukrayna və NATO ölkələrinə qarşı kiberhücumlarda ittiham edib

ABŞ hakimiyyəti altı rusiyalını Ukrayna və NATO ölkələrinə qarşı kiberhücumlarda ittiham edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi məlumatda deyilir.

Məlumata görə, onlar Ukrayna hökuməti ilə əlaqəli məlumatların əldə edilməsi, həmçinin Kiyevin İKT sisteminin zərər çəkməsində ittiham olunur.

Onların “WhisperGate” proqramından istifadə etməklə Ukraynanın bir sıra orqanlarının kompüter şəbəkələrinə, eləcə də onu dəstəkləyən ölkələrə, o cümlədən ABŞ və NATO-nun 25 ölkəsinə qarşı kiberhücumlar həyata keçirdikləri qeyd edilir.

ABŞ-nin Ədliyyə Nazirliyi iddia edir ki, onlardan beşi Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin əməkdaşlarıdır. Onların hər birinin yeri barədə məlumat verənə 10 milyon dollar təklif edilir.

Seçilən
128
50
far.az

10Mənbələr