Bakı. Trend:
Hazırda ölkəmizdə yeni iqlim strategiyasının hazırlanmasıistiqamətində işlər aparılır. Azərbaycanın iqlim strategiyası həmqlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərinicrasını özündə birləşdirir. Yeni strategiya bütün iqtisadisektorları əhatə edərək, aşağı karbonlu inkişafı hədəfləyəcək.
Trend xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti,ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzərbaycanHakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə Bakıda“Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalqkonfransda deyib.
“Eyni zamanda, həll olunmalı ciddi çağırışlar mövcuddur. Ənböyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçünpotensialın artırılmasıdır. Xüsusilə təmiz texnologiya vəbeynəlxalq iqlim maliyyəsi sistemlərinə çıxışın məhdudluğu yerlisəviyyədə yeni layihələrin həyata keçirilməsinə çətinlikyaradır.
Digər ciddi problem hüquqi çərçivələrin gücləndirilməsidir.Azərbaycanın milli iqlim qanunvericiliyi bəzi sahələrdə beynəlxalqstandartlara uyğunlaşdırılsa da, iqlim dəyişikliyi ilə mübarizənindaha təsirli olması üçün əlavə islahatlara ehtiyac var.Qanunvericilikdə iqlim dəyişikliyinə qarşı daha aydın və konkretmexanizmləri tətbiq etməklə, həm qlobal iqlim öhdəliklərimizinicrasında, həm də iqlim hüquqpozmalarının qarşısının alınmasındadaha güclü hüquqi əsaslar yaradıla bilər.
Məhz ekoloji hüquqpozmaların qarşısını almaq məqsədilə ətrafmühitin mühafizəsi sahəsində həyata keçirilən ciddi nəzarəttədbirləri, hüquq-mühafizə, prokurorluq orqanları tərəfindən qanunpozucularına qarşı tətbiq edilən sərt cəzalar və davamlımaarifləndirmə işləri nəticəsində son dövrlərdə ekolojicinayətlərin sayında əvvəlki illərə nisbətən azalma müşahidəolunur”, - deyə M.Babayev qeyd edib.