AZ

Yeni iqlim strategiyası bütün iqtisadi sektorları əhatə edəcək

“Hazırda ölkəmizdə yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır. Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir. Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək, aşağı karbonlu inkişafı hədəfləyəcək”.

Bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə Bakıda “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Eyni zamanda, həll olunmalı ciddi çağırışlar mövcuddur. Ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılmasıdır. Xüsusilə təmiz texnologiya və beynəlxalq iqlim maliyyəsi sistemlərinə çıxışın məhdudluğu yerli səviyyədə yeni layihələrin həyata keçirilməsinə çətinlik yaradır”, - deyə M.Babayev qeyd edib.

AZƏRTAC

Seçilən
140
7
vergiler.az

10Mənbələr