UFC-nin keçmiş çempionu Konor Makqreqor 2025-ci ildə keçiriləcək seçkidə İrlandiyanın prezidenti vəzifəsi uğrunda mübarizə aparmaq niyyətində olduğunu bəyan edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarışıq döyüş növləri üzrə idmançı bu barədə özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Prezident kimi mən həm parlamentin aşağı palatasını çağırmaq, həm də onu buraxmaq səlahiyyətinə malik olacağam. Mən artıq demişəm ki, İrlandiya xalqının sadə işçiləri qarət edən, kiçik biznesi və ailə dəyərlərini məhv edən bu adamlardan cavab almaq istədiyi bütün suallara cavab lazımdır. Yüksək vəzifələri tutan şarlatanlar cavab verməyə çağırılacaqlar", - deyə Makqreqor qeyd edib.
UFC-nin keçmiş çempionu, həmçinin bildirib ki, İrlandiyaya xalqdan olan aktiv prezident lazımdır və vurğulayıb ki, o, 2025-ci ildə yeganə məntiqi seçimdir.
Makqreqor son döyüşünü 2021-ci ilin yayında "UFC 264" turnirində amerikalı Dastin Puaryeyə qarşı keçirib. Döyüş birinci raundda Makqreqorun ayağının sınması ilə başa çatıb. O, 2024-cü ilin iyununda üç ildən sonra ilk dəfə amerikalı döyüşçü Maykl Çandlerə qarşı çıxmalı idi, lakin irlandiyalının zədəsi səbəbindən görüş ləğv edilib. Avqustun ortalarında UFC-nin rəhbəri Deyna Uayt Makqreqorun 2024-cü ildə oktaqonda görünməsini istisna edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun