İki çəkidə keçmiş UFC çempionu Konor Makqreqor 2025-ci ildə İrlandiya prezidentliyinə namizəd olacağına eyham vurub.
Milli.Az lent.az-a istinadən bildirir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
"Mən irlandların bu soyğunçulardan, ailələri və kiçik biznesləri məhv edənlərdən almağa çalışdıqları bütün cavabları alacağam. Yüksək vəzifələrdə çalışan şarlatanlar İrlandiya xalqı qarşısında cavabdehlik daşıyacaqlar", - Makqreqor yazıb.
Döyüşçünün qeyd etdiyi kimi, o, yeganə məntiqli seçimdir, çünki İrlandiyaya xalqın xeyrinə işləyəcək prezident lazımdır.
34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. Görüş ilk raundda başa çatıb və irlandiyalının ayağı sınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun