AZ

Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini açıqlayıb

Keçmiş iki divizionda “UFC” çempionu Konor Makqreqor 2025-ci ildə keçiriləcək seçkilərdə

İrlandiyanın prezidentliyi uğrunda mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə

qarışıq döyüş növləri üzrə döyüşçü X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Prezident kimi mənim həm parlamentin aşağı palatasını çağırmaq, həm də onu buraxmaq

səlahiyyətim olacaq. Artıq demişəm ki, mən irlandların adi zəhmətkeşlərinin soyğunçulardan,

kiçik biznesi və ailə dəyərlərini dağıdanlardan istədiyi bütün suallara cavab istəyirəm. Yüksək

vəzifələrdə çalışan şarlatanlar məsuliyyətə cəlb olunacaqlar”, - deyə Makqreqor bildirib.

Keçmiş “UFC” çempionu həmçinin "İrlandiyanın fəal xalq prezidentinə ehtiyacı var" deyib və

onun 2025-ci ildə "yeganə məntiqi seçim" olduğunu vurğulayıb.

Konor Makqreqor daha əvvəl eyham vurmuşdu ki, o, fəal və gənc prezident ola bilər, onun

dövründə hakimiyyət bütünlüklə ölkə xalqına məxsus olacaq. 2023-cü ilin sonunda o, həmçinin

Dublin məktəbinin yaxınlığında uşaqlara hücum da daxil olmaqla həssas sosial və siyasi

məsələlərə dəfələrlə cavab verib və buna görə polis idmançını etnik ədavəti qızışdırmaqda

ittiham edib.

Makqreqor son döyüşünü 2021-ci ilin yayında “UFC 264”-də amerikalı Dastin Poryeyə qarşı

keçirdi. Döyüş birinci raundda Makqreqorun ayağı sınması ilə başa çatdı.

2024-cü ilin iyununda o, üç ildən sonra ilk dəfə amerikalı döyüşçü Maykl Çendlerə qarşı qəfəsə

girməli idi, lakin irlandiyalının zədəsi səbəbindən görüş sonda ləğv edildi. Avqustun ortalarında

“UFC” rəhbəri Dana Uayt 2024-cü ildə Makqreqorun oktaqonda çıxışını istisna etdi.

Almaz Həsənli

Seçilən
161
6
oxumeni.az

6Mənbələr