AZ

"Biz, hüquqçular olaraq, iqlim ədalətinin təmin edilməsi üçün səylərimizi daha da artırmalıyıq" - Anar Bağırov

"İqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Bu problem təkcə ətraf mühitin və təbiət resurslarının qorunması ilə bağlı deyil, həm də insan hüquqları, iqtisadiyyat və sosial ədalət məsələlərini də əhatə edir. İqlim dəyişikliyi nəticəsində baş verən təbii fəlakətlər, əkin sahələrinin azalması, su qıtlığı və sair problemlər, bir çox ölkələrdə insan hüquqlarının pozulmasına səbəb olur. İqlim dəyişikliyi, ən həssas vətəndaş qruplarına təsir edərək onların yaşayış şərtlərini daha da çətinləşdirir, yoxsulluğu artırır və bərabərsizliyi daha da dərinləşdirir. Bu mənada, hüququn iqlim dəyişikliyinə qarşı mübarizədə rolu əvəzolunmazdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Hüquq və İqlim" mövzusunda beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, hüquqi alətlər və qanunvericilik bu sahədə vacib bir mövqedədir:"Biz, hüquqçular olaraq, iqlim ədalətinin təmin edilməsi üçün səylərimizi daha da artırmalıyıq. Bu, yalnız milli səviyyədə deyil, eyni zamanda beynəlxalq səviyyədə də əməkdaşlıq və hüquqi çərçivələrin gücləndirilməsi ilə mümkündür".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
31
aznews.az

10Mənbələr