AZ

"44 günlük müharibədən sonra çoxlu silah-sursat itirildi" - PAŞİNYAN

Ermənistan hökumətinin rəsmi YouTube hesabında canlı yayımlanan Nazirlər Şurasının bugünkü iclasında Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib.

News24.az xəbər verir ki, istənilən yerdə, məsələn, meşədə basdırılan silahın cəmiyyət üçün təhlükə yaratmadığını, onun çıxarılıb istifadə ediləcəyi təqdirdə təhlükə yaradacağına diqqət çəkən Paşinyan, sözügedən silahların tapılması üçün göstəriş verdiyini bildirib.

Paşinyan ölkəsində odlu silahdan istifadə etməklə törədilən ağır cinayətlərin sayının artdığına diqqət çəkib və deyib:

"44 günlük müharibədən sonra çoxlu silah-sursat itirildi, biz bu məsələni dəfələrlə müzakirə etdik. Bu məsələ Təhlükəsizlik Şurasında da müzakirə olundu. Daxili işlər nazirinə tapşırdım ki, qanunsuz silah və sursatların axtarışı ilə bağlı metodologiyalarımıza yenidən baxsın. Çünki üzərində işlədiyimiz metodologiyalar yeni çağırışlar üçün uyğun deyil. Biz artıq yeni üsullardan istifadə etməklə o qədər də böyük olmayan nəticələr əldə etmişik. Bu üsulla qanunsuz silah və sursatları aşkar edə bilərik."

Paşinyan bəyan edib ki, ölkədə qanuni silahların sayı artıb və qanuni silahlarla törədilən ağır cinayətlərin nisbəti müəyyən edilməli və silah əldə etmək imkanlarının artırılması ilə bağlı qərar qəbul edilməlidir.

Paşinyan iclasda ölkəsində hər şeyin çox ləng getdiyini, hökumətin də çox ləng hərəkət etdiyini, ləng düşündüyünü və ləng qərarlar qəbul etdiyini bəyan edib.

Paşinyan ölkəsində insanların yalnız avtomobil idarə edərkən və yemək yeyərkən sürətli hərəkət etdiyini, bunun hər ikisinin cəmiyyətə və insan sağlamlığına zərərli olduğunu qeyd edərək, “Bizim vəziyyəti təhlil etmək və anlamaq qabiliyyətimiz ləngdir, situasiyalara reaksiya vermək mentalitetimiz isə zəifdir. Hətta təcili yardım xidmətimiz də ləng işləyir”, - deyib.

Paşinyan bəyan edib ki, həyatda geriləmənin səbəbi “lənglik”dir.

Məryəm İlhamqızı

Seçilən
128
1
news24.az

3Mənbələr