AZ

“Çoxlu sayda silah yoxa çıxdı” - Paşinyan hökumətin fəaliyyətini tənqid edib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibədən sonra çoxlu sayda silahların itirildiyini və onların cəmiyyət üçün təhlükə yaratdığını deyib.

“AzPolitika” xəbər verir ki, Nazirlər Şurasının bugünkü iclasında açıqlamalar verən Paşinyan sözügedən silahların tapılması üçün göstəriş verdiyini bildirib.

Paşinyan ölkəsində odlu silahdan istifadə etməklə törədilən ağır cinayətlərin sayının artdığına diqqət çəkib və deyib:“44 günlük müharibədən sonra çoxlu silah-sursat itirildi, biz bu məsələni dəfələrlə müzakirə etdik. Bu məsələ Təhlükəsizlik Şurasında da müzakirə olundu. Daxili işlər nazirinə tapşırdım ki, qanunsuz silah və sursatların axtarışı ilə bağlı metodologiyalarımıza yenidən baxsın. Çünki üzərində işlədiyimiz metodologiyalar yeni çağırışlar üçün uyğundur. Biz artıq yeni üsullardan istifadə etməklə o qədər də böyük olmayan nəticələr əldə etmişik. Bu üsulla qanunsuz silah və sursatları aşkar edə bilərik”.

Paşinyan iclasda ölkəsində hər şeyin çox ləng getdiyini, hökumətin də çox ləng hərəkət etdiyini, ləng düşündüyünü və qərarlar qəbul etdiyini deyib. Baş nazir ölkəsində insanların yalnız avtomobil idarə edərkən və yemək yeyərkən sürətli hərəkət etdiyini, bunun hər ikisinin cəmiyyətə və insan sağlamlığına zərərli olduğunu qeyd edərək.

“AzPolitika.info”

Seçilən
74
1
azpolitika.info

3Mənbələr