AZ

Paşinyan çoxlu silahların itdiyini açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan 2-ci Qarabağ müharibəsindən sonra çoxlu silahların itirildiyini və onların cəmiyyət üçün təhlükə yaratdığını bəyan edib.Elchi.az xəbər verir ki, Ermənistan hökumətinin rəsmi YouTube hesabında canlı yayımlanan Nazirlər Şurasının bugünkü iclasında Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib.İstənilən yerdə, məsələn, meşədə basdırılan silahın cəmiyyət üçün təhlükə yaratmadığını, onun çıxarılıb istifadə ediləcəyi təqdirdə təhlükə yaradacağına diqqət çəkən Paşinyan, sözügedən silahların tapılması üçün göstəriş verdiyini bildirib.Paşinyan ölkəsində odlu silahdan istifadə etməklə törədilən ağır cinayətlərin sayının artdığına diqqət çəkib və deyib:“44 günlük müharibədən sonra çoxlu silah-sursat itirildi, biz bu məsələni dəfələrlə müzakirə etmişik. Bu məsələ Təhlükəsizlik Şurasında da müzakirə olunub. Mən daxili işlər nazirinə tapşırmışam ki, qanunsuz silah və sursatların axtarışı ilə bağlı metodologiyalarımıza yenidən baxsın. Çünki üzərində işlədiyimiz metodologiyalar yeni çağırışlara uyğundur “Biz artıq yeni üsullardan istifadə etməklə o qədər də böyük olmayan nəticələr əldə etmişik. Bu üsulla qanunsuz silah və sursatları aşkar edə bilərik”.Baş nazir Paşinyan bəyan edib ki, ölkədə qanuni silahların sayı artıb və qanuni silahlarla törədilən ağır cinayətlərin nisbəti müəyyən edilməli və silah əldə etmək imkanlarının artırılması ilə bağlı qərar qəbul edilməlidir.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
elchi.az

3Mənbələr