Avropa Komissiyası və əksər Aİ ölkələri Rusiyanın aktivlərinin dondurulması qərarının hər 36 aydan bir səsvermədə nəzərdən keçirilməsi ideyasını dəstəkləyib.
Variant ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin yaxın gələcəkdə blokdan çıxarılmamasına dair zəmanət tələbi ilə bağlı təklif edilib. Mövcud qaydalara görə, səsvermə hər altı aydan bir keçirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” qəzeti mənbələrə istinadən yazır.
"Politico”nun yazdığı kimi, Avropa Komissiyası alternativ ideya təklif edib. Bu ideyaya görə aktivlər hər 12 aydan bir nəzərdən keçirilməklə beş il müddətinə dondurulacaq. Eyni zamanda, qərar yekdilliklə deyil, Aİ üzvlərinin əksəriyyəti tərəfindən qəbul ediləcək ki, ayrı-ayrı ölkələr, ilk növbədə Macarıstan nəticəyə təsir göstərməsin. Ən az ehtimal hesab edilən üçüncü variant isə Rusiyaya qarşı bütün sanksiyaların hər 36 aydan bir nəzərdən keçirilməsidir. Yaxın gələcəkdə Aİ ən üstün variantı seçməlidir.
G7 ölkələri, Aİ və ABŞ 2024-cü ilin sonuna qədər Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə edərək Ukraynaya kreditlərin verilməsi planı hazırlayır. Aİ-nin sanksiyalar rejiminə görə, məhdudlaşdırıcı tədbirlər altı aydan bir Aİ-nin bütün 27 ölkəsinin anonim səsverməsi ilə yenilənməlidir. "Bloomberg” və "Financial Times” yazıb ki, ABŞ Aİ-nin sanksiyalarının uzadılmaması senarisindən qorxur, bu isə kreditlərin ödənilməsində çətinliklərin olacağı deməkdir.
Nizami Bağırov