AZ

Aİ İtaliyanın daşqınlardan zərər çəkmiş regionlarına 446 milyon avro ayırır

Avropa İttifaqı (Aİ) İtaliyanın 2023-cü ildə sel və daşqınlardan zərər çəkmiş Emiliya-Romaniya və Toskana regionlarına, ümumilikdə, 446,6 milyon avro yardım ayırıb.

Yenicag.az xəbər verir ki, maliyyə resursu Avropa Həmrəylik Fondundan ayrılıb. İtaliyanın iki regionu müvafiq olaraq 378,83 milyon avro və 67,81 milyon avro yardım alacaq.

Maliyyə yardımı keçən il Sloveniya, Avstriya, Yunanıstan və Fransada baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün nəzərdə tutulan 1 milyard avroluq paketin bir hissəsidir. Avropa Şurası maliyyə yardımını təsdiq etdikdən və qərar qüvvəyə mindikdən sonra vəsait müvafiq ölkələrə ödəniləcək.

Xatırladaq ki, İtaliyanın şimalında ötən ilin mayında şiddətli leysan yağışlarından sonra baş verən sel və daşqınlar nəticəsində 14 nəfər həlak olmuşdu. Kənd təsərrüfatı, fermalar, yarasız hala düşən avtomobil yolları və turizm sektoru daxil olmaqla dəymiş ziyan 5 milyard avro təşkil edib./Azertag/

Seçilən
82
50
yenicag.az

10Mənbələr