AZ

Aİ bu ölkəyə 446 milyon avro ayırdı

Avropa İttifaqı (Aİ) İtaliyanın 2023-cü ildə sel və daşqınlardan zərər çəkmiş Emiliya-Romaniya və Toskana regionlarına, ümumilikdə, 446,6 milyon avro yardım ayırıb.

Publika.az xəbər verir ki, maliyyə resursu Avropa Həmrəylik Fondundan ayrılıb.

İtaliyanın iki regionu müvafiq olaraq 378,83 milyon avro və 67,81 milyon avro yardım alacaq.

Maliyyə yardımı keçən il Sloveniya, Avstriya, Yunanıstan və Fransada baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün nəzərdə tutulan 1 milyard avroluq paketin bir hissəsidir. Avropa Şurası maliyyə yardımını təsdiq etdikdən və qərar qüvvəyə mindikdən sonra vəsait müvafiq ölkələrə ödəniləcək.

Seçilən
118
6
publika.az

10Mənbələr