AZ

İki ölkənin xarici işlər nazirlərinin görüşü üçün imkanlar axtarırıq - Dövlət Departamenti

ABŞ hər zaman Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirtmək üçün imkanlar axtarır. Bunu Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

"Əlbəttə, biz həmişə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü dəvət etmək üçün imkanlar axtarırıq. Biz hər iki ölkənin davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsi istiqamətində səylərini dəstəkləməyə davam edirik. İrəvan və Bakı sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə edib və Vaşinqton faydalı olarsa, görüş təşkil etmək də daxil olmaqla, onları hər cür dəstəkləməkdə qərarlıdır.   ”, - Miller brifinqdə bildirib.

Bir gün əvvəl Ermənistanın baş naziri Nilol Paşinyan bildirib ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi imkan yaranıb.

Bundan əvvəl Nikol Paşinyan mətbuata açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi sənədinin 13 bəndi artıq razılaşdırılıb, İrəvan yaxın vaxtlarda sənədi imzalamağa hazırdır. 

 

Azərbaycan Xarici İşlər Naziri də buna cavab olaraq bildirib ki, Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. 

 

Hazırda sülh sənədi ilə bağlı sonuncu təklifləri İrəvan Bakıya təqdim etdiyini açıqlayıb. 

 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
115
32
anews.az

10Mənbələr