AZ

"Lənkəran" daha bir basketbolçunun keçidini rəsmiləşdirib

"Lənkəran" klubu heyətini daha bir basketbolçu ilə gücləndirib.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub 20 yaşlı basketbolçu Varid Ağasızadə ilə güclənib. Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu "Sərhədçi" olub.

Ağasızadə həm də Azərbaycanın U-20 millisinin üzvüdür.

Qeyd edək ki, “Lənkəran” bundan əvvəl Azərbaycanın U-18 və U-20 millilərinin basketbolçusu Rəşid Abbasov və amerikalı Qreqori Miltonu heyətinə qatıb.

Seçilən
49
5
far.az

10Mənbələr