"Lənkəran" klubu heyətini daha bir basketbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, klub 20 yaşlı basketbolçu Varid Ağasızadə ilə güclənib.
Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu "Sərhədçi" olub.
Ağasızadə həm də Azərbaycanın U-20 millisinin üzvüdür.
“Lənkəran” bundan əvvəl Azərbaycanın U-18 və U-20 millilərinin basketbolçusu Rəşid Abbasov və amerikalı Qreqori Miltonu heyətinə qatıb.