AZ

"Lənkəran" daha bir milli üzvünü "rənglərinə bağlayıb"

"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, cənub təmsilçisi 20 yaşlı Varid Ağasızadəni heyətinə qatıb.
 
Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu "Sərhədçi" olub.
 
176 sm boya malik oyun qurucusu həm də Azərbaycanın U-20 millisinin üzvüdür.
 
Qeyd edək ki, "Lənkəran" bundan əvvəl Azərbaycanın U-18 və U-20 millilərinin basketbolçusu Rəşid Abbasov və amerikalı Qreqory Miltonu heyətinə qatıb.

Seçilən
46
2
sport24.az

10Mənbələr