AZ

Dubayda uçan taksilər istifadəyə veriləcək

Bakı. Trend:

2026-cı ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubayşəhərində uçan taksilər istifadəyə veriləcək.

Trend xəbər verir ki, bunuDubayın nəqliyyat və avtomobil yolları idarəsinin (RTA) nəqliyyattexnologiyaları departamentinin direktoru Xalid Əl Avadi deyib.

“2026-cı ilin birinci rübündə uçan taksi xidmətini işə salmaqplanımız var. Hazırda ABŞ-ın “Joby Aviation” kompaniyası iləavtomobilin sınaqları və sertifikatlaşdırılması üzərində işləyirik.Eyni zamanda, Böyük Britaniyanın “Skyports” kompaniyası iləbirlikdə “şaquli liman” stansiyasının layihələndirilməsinəbaşlayırıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Dubayda taksilər üçün “dörd şaquli” havalimanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilinəvvəlində istifadəyə veriləcək. Hava taksiləri üçün infrastrukturobyektləri ilə yanaşı, monitorinq və mühafizə xidməti dəqurulacaq.

“General Motors” kompaniyası ilə birgə hazırlanan pilotsuztaksilərə gəlincə, onlar Dubayda 2025-ci ildə fəaliyyətəbaşlayacaq. Hazırda pilotsuz taksilər sınaq mərhələsindədir.

"2035-ci ilədək Dubayda bütün taksilərinin elektrikli olmasıplanlaşdırılır. 2050-ci ilədək isə bütün avtobus parkı daelektriklə işləyən avtobuslardan ibarət olacaq", - deyə Xalid ƏlAvadi əlavə edib.

Seçilən
13
16
az.trend.az

10Mənbələr