AZ

2026-cı ildə Dubayda uçan taksiləristifadəyə veriləcək

2026-cı ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan taksilər istifadəyə veriləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Dubayın nəqliyyat və avtomobil yolları idarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi məlumat verib.

“2026-cı ilin birinci rübündə uçan taksi xidmətini işə salmaq planımız var. Hazırda ABŞ-ın “Joby Aviation” kompaniyası ilə avtomobilin sınaqları və sertifikatlaşdırılması üzərində işləyirik. Eyni zamanda, Böyük Britaniyanın “Skyports” kompaniyası ilə birlikdə “şaquli liman” stansiyasının layihələndirilməsinə başlayırıq”, - deyə o bildirib.

(bizim.media)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
14
avtosfer.az

10Mənbələr