AZ

Dubayda 2026-cı ildə uçan taksilər istifadəyə veriləcək

2026-cı ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan taksilər istifadəyə veriləcək.

Bu barədə Dubayın nəqliyyat və avtomobil yolları idarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi Azərtaca müsahibəsində deyib. 

"2026-cı ilin birinci rübündə uçan taksi xidmətini işə salmaq planımız var. Hazırda ABŞ-ın "Joby Aviation” kompaniyası ilə avtomobilin sınaqları və sertifikatlaşdırılması üzərində işləyirik. Eyni zamanda, Böyük Britaniyanın "Skyports” kompaniyası ilə birlikdə "şaquli liman” stansiyasının layihələndirilməsinə başlayırıq”, –  o bildirib.

Məmurun sözlərinə görə, Dubayda taksilər üçün "dörd şaquli” hava limanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilin əvvəlində istifadəyə veriləcək. Hava taksiləri üçün infrastruktur obyektləri ilə yanaşı, monitorinq və mühafizə xidməti də qurulacaq.

"General Motors” kompaniyası ilə birgə hazırlanan pilotsuz taksilərə gəlincə, onlar Dubayda 2025-ci ildə fəaliyyətə başlayacaq. Hazırda pilotsuz taksilər sınaq mərhələsindədir.

"2035-ci ilədək Dubayda bütün taksilərinin elektrikli olması planlaşdırılır. 2050-ci ilədək isə bütün avtobus parkı da elektriklə işləyən avtobuslardan ibarət olacaq”, –  Xalid Əl Avadi əlavə edib.

www.anews.az
Seçilən
14
14
anews.az

10Mənbələr