İran Prezidenti Məsud Pezeşkian hesab edir ki, Livandakı vəziyyət bütün dünya üçün təhlükəli regional münaqişəyə çevrilə bilər.
“AzPolitika” xəbər verir ki, İran Prezidenti CNN telekanalına müsahibəsində İsrailin əməllərinin böyük münaqişəyə çevrilə biləcəyini deyib: “Livanda baş verən hadisələrin alovunun bütün regiona yayılması təhlükəsi var... Biz Livanın İsrailin əlində daha bir Qəzzaya çevrilməsinə imkan verməməliyik”.
Pezeşkian xəbərdarlıq edib ki, bu hadisələr dünyanın gələcəyi üçün təhlükəli olacaq regional münaqişəyə çevrilə bilər. “Biz İsrailin davam edən cinayət əməllərinin qarşısını almalıyıq... “Hizbullah” Qərb dövlətləri tərəfindən qorunan, dəstəklənən və təmin edilən bir ölkəyə(İsrail nəzərdə tutulur-red.) qarşı təkbaşına dayana bilməz”.
“AzPolitika.info”