“Hizbullah" ən müasir silahlarla təchiz olunmuş İsrailə qarşı təkbaşına duruş gətirə bilməz.
Ölkə.Az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində CNN-ə müsahibəsində deyib.
O əlavə edib ki, İran Livanın İsrailin əlində başqa bir Qəzzaya çevrilməsinə icazə verməyəcək:
"Hizbullah" bunu təkbaşına edə bilməz. "Hizbullah" Qərb ölkələri, Avropa ölkələri və ABŞ-nin ən müasir silahlarla dəstəklədiyi bir rejimə qarşı təkbaşına dayana bilməz".
Pezeşkian onu da bildirib ki, İsrailin hücumları dayandırılmadığı təqdirdə bölgə daha genişmiqyaslı müharibəyə sürüklənmək riski ilə üzləşəcək.
Mürtəza
Ölkə.Az