AZ

İran Prezidenti: Hizbullah Qərbin dəstəklədiyi İsrailə qarşı təkbaşına dayana bilməz

İran Prezidenti: Hizbullah Qərbin dəstəklədiyi İsrailə qarşı təkbaşına dayana bilməz

İran prezidenti Məsud Pezeşkian “Hizbullah Qərb ölkələri, Avropa ölkələri və ABŞ-ın ən müasir silahlarla dəstəklədiyi bir rejimə qarşı təkbaşına dayana bilməz” deyib.Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasına qatılacağı Nyu Yorkda CNN televiziyasına danışan Pezeşkian Yaxın Şərqdəki vəziyyətin mümkün nəticələrini dəyərləndirib.Livanın "başqa bir Qəzzənin də İsrailin əlində olmasına icazə verə bilməz" deyən Pezeşkiyan, "Hizbullah bunu təkbaşına edə bilməz. Hizbullah Qərb ölkələri, Avropa ölkələri və ABŞ-ın ən qabaqcıl silahlarla dəstəklədiyi bir rejimə qarşı təkbaşına dayana bilməz" vurğulayıb.İran prezidenti Pezeşkian İsrailin hücumlarını davam etdirdiyi Livanın Qəzzadakı vəziyyətə çevrilməsinə icazə verilə bilməyəcəyini bir daha təkrar edərək, İsrailin hücumları dayandırılmadığı təqdirdə bölgənin daha genişmiqyaslı müharibəyə girmək riski ilə üzləşəcəyini bildirib.Mənbə: AA

Seçilən
56
36
afn.az

10Mənbələr