"İsrail ilə Livan arasında sərhədlərin demarkasiyası haqqında saziş əldə edilməsinin zamanı yetişib..."
Baydenlə Makron İsrail, Livan və Qəzza bölgəsində müharibənin dayandırılması planını təqdim edib
ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron birgə bəyanat yayaraq İsrail ilə "Hizbullah" arasında 21 günlük atəşkəs rejiminin tətbiq edilməsinə çağırış edib.
Moderator.az xəbər verir ki, bu barədə "ukr.net" nəşri məlumat yayıb.
"Evlərinə dönə biləcək sakinlərin geri qayıtması və təhlükəsizliyinin təmin edilməsi üçün İsrail ilə Livan arasında sərhədlərin demarkasiyası haqqında saziş bağlanılmasının zamanı yetişib.
Bir-birinə zərbələr endirilməsi vətəndaşlara təhlükə yaradır və sərhəddə münaqişənin eskalasiyasına gətirib çıxarır.
Bu səbəbdən biz bu günlər müvəqqəti atəşkəsin tətbiq edilməsi üzərində işləyirik, bu da sərhəddə növbəti eskalasiyanın qarşısının alınması üçün diplomatiyaya şans verəcək", - bəyanatda deyilir.
Bu bəyanat 11 dövlət və Avropa İttifaqı tərəfindən imzalanıb və dərhal miqyaslı atəşkəsə çağırış edir.
Bəyanatda həmçinin qeyd edilir ki, Livanla İsrail arasında vəziyyət dözülməz olub, daha geniş eskalasiya yolverilməzdir. Bu eskalasiyada nə İsrail, nə də Livan sakinləri maraqlıdır".
Birgə bəyanatda prezidentlər "münaqişəyə son qoyacaq və BMT-nin Qəzza bölgəsində atəşkəslə bağlı müvafiq qətnamələrinə söykənərək münaqişənin və onun eskalasiyasının diplomatik vasitələrlə son qoyulmasına imkan verəcək 21 günlük atəşkəsə" çağırış edib.
Bayden və Makron bəyan edib ki, "bu böhrana birdəfəlik son qoymaq üçün" nəzərdə tutulan atəşkəs müddəti ərzində tərəflər arasında sazişə nail olmaq üzrə diplomatik səyləri tam dəstəkləyəcək.
Ağ Evin yüksək vəzifəli məmuru iki prezidentin təşəbbüsünün nələri nəzərdə tutduğunu izah edib. "Atəşkəs mavi xətt-Livanla İsrail arasında quru sərhəd boyunca 21 gün ərzində qüvvədə olacaq.
Bu müddətdə tərəflər davam edən münaqişənin potensial olaraq həlli barədə danışıqlar aparacaq, mavi xəttə aid hərtərəfli saziş bağlamağa səy göstərəcək, bu da Livan və İsrail sakinlərinin öz evlərinə dönməsinə imkan verəcək".
Baydenlə Makronun təklif etdiyi sxem aşağıdakılardan ibarətdir:
- Atəşkəs rejimi bir neçə həftə davam edəcək. Paralel olaraq o, Qəzza bölgəsində HƏMAS-a da şamil ediləcək;
- İsrail Müdafiə Ordusu bütün atəşkəs müddətində Qəzza bölgəsində qalacaq, Livana quru qüvvələrin yeridilməsi qadağan ediləcək.
Mahiyyətcə, söhbət BMT Təhlükəsizlik Şurasının 2006-cı il 1701 qətnaməsinə əlavədən gedir, bunlar da İsrail ilə həmsərhəd olan rayonlarda Livan ordusundan başqa istənilən silahlı qüvvələrin mövcud olmamasına zəmanət verəcək. Bu məsələ üzrə danışıqlar çox mürəkkəb olacaq.