AZ

Qlobal istiləşmə payız havasına necə təsir edəcək? - AÇIQLAMA

"Qlobal istiləşmə XX əsrin ikinci yarısından etibarən daha sürətli şəkildə özünü hiss etdirməyə başladı". 

Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu səbəbdən də həmin dönəmdən beynəlxalq təşkilatlar, ictimaiyyət, alimlər və ekoloqlar insanları qlobal istiləşmə məsələsinə ciddi yanaşmağa çağırdılar:

"Şükürlər olsun ki, hazırda qlobal istiləşmə məsələsinə dünya səviyyəsində ciddi yanaşılır. Ümid edirəm ki, sözügedən məsələ bundan sonra da dünyanın diqqət mərkəzində olacaq. COP başda olmaqla, beynəlxalq təşkilatların iqlim dəyişikliyi ilə bağlı ciddi təsiri nəticəsində yəqin ki, iqlim dəyişikliyinə səbəb olan əsas sənaye ölkələri istehsallarına və yanacaq sərfiyyatlarını korrektə edərlər".

359276

Həmsöhbətimiz qlobal istiləşmənin bu payız fəslinə necə təsir edəcəyi barədə də danışıb:

"Bakı səhra şəhəri olduğu üçün buranın havası ilə qlobal istiləşməni müəyyənləşdirə bilmərik. Onsuz da paytaxt və Abşeron yarımadasında sentyabr-oktyabr ayında yağıntılar az olur. Amma ümid edirəm ki, payızın sonuna doğru havalar yağıntılı keçər. 

Hərçənd ki, oktyabrın əvvəlində havanın necə ola biləcəyini bəribaşdan demək çox çətindir. Buna baxmayaraq, cari ildə gördüyümüz hava şəraiti çox yağıntı ilə qarşılaşmayacağımızı deməyə əsas verir". 

Qorxmaz İbrahimli sözlərini belə tamamlayıb:

"Havanın dəyişməsi ölkəyə daxil olan hava kütlələrindən asılı olur. Azərbaycan ərazilərini də bu vaxtlar Atlantik okeanından və ya Şimaldan soyuq hava kütlələri daxil olur. Şimaldan gələn hava kütlələri əsasən yağıntısız gəlir. 

Lakin Qərbdən ölkəmizə gələn hava kütlələri isə yağıntılı olur. Ümid edirəm ki, cari payız fəslinin sonu bol yağış yağar və bu da öz növbəsində gələn ilin məhsuldarlığına müsbət təsir göstərər". 

Pərviz

Seçilən
119
37
hit.az

10Mənbələr