Yaxın Şərqdəki münaqişə səbəbindən neft qiymətinin artması fonunda qlobal fond bazarlarında azalma qeydə alınıb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Avropa və Asiya fond indeksləri cümə axşamı ümumi eniş göstərib. Avrozona indeksi 0,5%, MSCI qlobal indeksi isə 0,2% ucuzlaşıb. Yaponiya xaricində Asiya-Sakit okean səhmləri 1% itirib.
Brent və WTI markalı neft fyuçersləri 1 dollardan çox bahalaşaraq müvafiq olaraq 75,27 və 71,52 dollara çatıb. Neft qiymətlərinin artması münaqişənin əsas ixrac regionundan neft tədarükünü poza biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verir.
"Bazardan böyük bir eskalasiyaya hazırlaşmaq üçün bir siqnal olduğunu düşünmürəm... Amma vəziyyət kritikdir”, - "Arbuthnot Latham"ın sərvətlərin idarə edilməsi üzrə idarəedici direktoru Eren Osman bildirib.
Valyuta bazarında avro 1,10415 dollara satılıb, ABŞ dolları indeksi isə 0,2% artaraq 101,87 olub. İngiltərə Bankının rəhbərinin daha aqressiv faiz endirimi ehtimalını açıqlamasından sonra funt sterlinq 1,1% ucuzlaşaraq 1,3116 dollara düşüb.