Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Konstitusiyanı dəyişməyə hazırdır, bunu Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı, sentyabrın 26-da ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sülh müqaviləsi bağlasalar, bu sənədin ölkənin Əsas Qanununa uyğunluğunu yoxlamaq üçün Ermənistan Konstitusiya Məhkəməsinə (KM) göndəriləcək,- “Deutsche Welle” xəbər verir.
"Əgər bizim KM razılaşmanın Ermənistan Konstitusiyasına zidd olduğuna qərar verərsə (baxmayaraq ki, ekspertlərimiz bunun mümkün olmadığına əmindirlər), buna baxmayaraq, biz sülhün əldə olunması üçün Konstitusiya dəyişikliklərinin zəruri olacağı konkret vəziyyətlə üzləşəcəyik. KM müqavilənin Konstitusiyaya uyğun olduğuna qərar verərsə, sənədin ratifikasiyasına heç bir maneə olmayacaq", - Paşinyan izah edib.
Bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan noyabrın 11-22-də Bakıda keçirilməsi planlaşdırılan BMT-nin iqlim konfransına qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırdır.