AZ

Ucarda avtomobil AŞDI – Bir ailənin 3 üzvü XƏSTƏXANALIQ oldu

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün gündüz saatlarında rayonun Bağman kəndində qeydə alınıb.

"Chevrolet" minik maşını sərt döngədə idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə düşüb.

Nəticədə bir ailənin üç üzvü - Gülnar Məmmədova, Seymur Məmmədov və Xədicə Məmmədova müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

Seçilən
9
14
bizim.media

10Mənbələr