AZ

Güclü külək Goranboyda fəsadlar törətdi - FOTO/VİDEO

Dünən qərb bölgəsində başlayan güclü külək Goranboy rayonunda ciddi fəsadlar yaradıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, külək böyük gövdəli bir ağacın qırılaraq Goran-Qızılhacılı-Tapqaraqoyunlu və Suqovuşan avtomobil yolunu kəsib və uzun müddət avtomobillərin hərəkətində problemlər yaradıb.

RİH başçısının birinci müavini, Fövqaladə Hallar Komissiyasının sədri Seymur Nazarovun bildirdiyinə görə, hadisə ilə bağlı təcili aididyyatı qurumların əməkdaşları cəlb olunub və aparılan təmizləmə işlərindən sonra yolda avtomobillərin hərəkəti bərpa olunub. Nazarov onu da bildirib ki, güclü külək rayonun bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə də səbəb olub.



















Məqsəd Rəhimov Bizim.Media, Qərb Bürosu

Seçilən
19
14
bizim.media

10Mənbələr