AZ

Goranboyda küləyin törətdiyi fəsadlar aradan qaldırılıb - YENİLƏNİB 2

Goranboyda küləyin törətdiyi fəsadlar aradan qaldırılıb.

APA-nın yerli bürosuna bu barədə RİH başçısının birinci müavini, Fövqaladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib.

Onun sözlərinə görə Goran-Qızılhacılı-Tapqaraqoyunlu və Suqovuşan avtomobil yolunda hərəkət tam bərpa ediilib.

Həmçinin kəndlərədə elektrik enerjisinin verilişi bərpa edilib.

***

22:47

Goranboyda küləyin törədiyi fəsadların aradan qaldırşlmasına başlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə rayonun fövqəladə hallar komissiyası ərazidədir.

Hazırda ağacın doğranıb, yolda hərəkətin bərpa edilməsi istiqamətində işlər aparılır.

Əraziyə işçi qüvvəsi və ağır texnika cəlb olunub.

***

22:14

Goranboyda küləkli hava şəraiti səbəbilə iri gövdəli ağaclar aşıb, bir neçə kəndin elektrik enerjisində fasilələr yaranıb.

APA-nın yerli bürosunun məlumatına görə təbiət hadisəsi nəticəsində Goran-Naftalan avtomobil yoluna iri gövdəli ağac aşıb.

Nəticədə ağacın iri budaqları avtomobil yoluna düşdüyündən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Küləkli hava şəraiti səbəbilə rayonun bir neçə kəndlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürür.

Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda Goranboyda
Seçilən
6
14
apa.az

10Mənbələr