AZ

Qəbələdə ov tüfəngi ilə ehtiyatsız davranan şəxsin qolu amputasiya edilib

Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
9
apa.az

10Mənbələr