AZ

Ov tüfəngi ilə ehtiyatsız davrandı - Qolu amputasiya edildi

Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
9
modern.az

10Mənbələr