AZ

Ov tüfəngi ilə ehtiyatsız davrandı - Qolu amputasiya edildi

Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

    Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib.

    Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.

    Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    2
    9
    avtosfer.az

    10Mənbələr